Binəqədi rayonunda dama üzrə rayon turniri keçirilib

    Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Binəqədi rayon Gənclər evində rayon orta ümumtəhsil məktəblərinin I – XI sinif şagirdləri arasında “Dama” birinciliyi keçirilib.
Birincilikdə 32 komanda tərkibində 6 nəfər olmaqla ümumilikdə 192 nəfər şagird iştirak edib.
Yarışın nəticəsinə görə I yeri 30 №li tam orta məktəbin komandası, II yeri 283 №li tam orta məktəbin komandası, III yeri 244 №li tam orta məktəbin komandası tutub.
Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif olunublar. Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, İdarənin aparıcı məsləhətçisi Rafiq Nəsirov iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir