Sambo üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində  sambo  üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda 9 çəki dərəcəsi üzrə 110 nəfər idmançı mübarizə aparmışdır.

      Yekun nəticələrə əsasən  yarışda 52 kq çəki dərəcəsində I yerə Vaqif Mirzəli (16№-li UGİM), 57 kq çəki dərəcəsində I yerə Fuad Məmmədov (11№-li UGİM), 62 kq çəki dərəcəsində I yerə Tural Allahverdiyev (Judo Klub 2012), 68 kq çəki dərəcəsində I yerə Tural Əhmədov (Yasamal İK), 74 kq çəki dərəcəsində I yerə Söhrab Bağırov (Neftçi İKİB), 82 kq çəki dərəcəsində I yerə Vahid Dəmirli (Yasamal İK), 90 kq çəki dərəcəsində I yerə Xaliq Niftəliyev (Neftçi İKİB), 100  kq çəki çəki dərəcəsində I yerə Zaur Xutinayev (Yasamal İK), +100 kq çəki dərəcəsində I yerə Etibar Teymurov (Judo Klub 2012)  layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir