3-Dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş gənc əlillərin əl işlərindən ibarət sərgi keçirilmişdir.

   1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3-Dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş gənc əlillərin əl işlərindən ibarət sərgi keçirilmişdir. Sərgidə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısınin müavini Arzu Məmmədova  və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev iştirak etmişlər.

   İlk öncə sərgiyə baxış keçirilmişdir. Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək qeyd etmişdir ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətin qayğısı ilə əhatə olunur və onların problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamaları üçün zəruri tədbirlər həyata keçirildiyini qeyd etmişdir.

   Sonda 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinin gənc əlilləri 5 sənət növü – tikiş, rəssamlıq, toxuma, ağac üzərində oyma və xalçaçılıq üzrə nailiyyətlərinə görə diplom və mükafatlarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir