Beynəlxalq Əlillər gününə həsr olunmuş idman yarışları keçirilmişdir

    Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayonu Gənclər və İdarəsi ilə birgə “3 dekabr – Beynəlxalq Əlillər günü”nə həsr olunmuş idman yarışları təşkil etmişdir. Yarışlar şahmat, dama, stolüstü tennis və voleybol növləri üzrə keçirilmişdir. Şahmat üzrə yarışda I yeri Məhərrəmova Cəmalə, II yeri Məmmədov Nicat, III yeri Əzizov Fuad, dama üzrə yarışda I yeri Bəylərov Əhəd, II yeri Paşayeva Sona, III yeri Qəribova Aytac, stolüstü tennis üzrə yarışda I yeri Abdullayeva Jasmin, II yeri Şahverdiyeva Nərgiz, III yeri Abdullayeva Dinara, voleybol üzrə yarışın final oyununda I yeri Sahil komandası, II yeri Şəfa komandası tutmuşlar. Tədbirdə iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları — sektor müdiri Adil Ağayev, baş məsləhətçi Salman Əbdülov, aparıcı məsləhətçi Cəlil Əlizadə, Qaradağ rayonu Gənclər və İdarəsinin rəisi Elçin Abbasov internat məktəbində fəaliyyət göstərən idman qurğuları, o cümlədən məktəbin idman sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olduqdan sonra idman növləri üzrə yarışların qaliblərinin iştirakı ilə təntənəli bağlanış mərasimində iştirak etmişlər. Çıxış edən rəsmilər yarış iştirakçılarını salamladıqdan sonra onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamış, məktəbin idman müəllimləri Cəlal Salahov və Ülviyyə Hüseynovaya yarışların təşkilində göstərdikləri köməkliklərə görə təşəkkürlər bildirmişlər. Sonda idman növləri üzrə keçirilmiş yarışların qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuş, məktəbə toplar və qapı torları hədiyyə edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir