Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında 66-cı futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kütləvi bədən tərbiyəsi  sektorunun müdiri Adil Ağayev, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov və klubların baş məşqçiləri iştirak etmişlər.  Tədbirdə I dəstədə 2003 – 2004-cü il təvəllüdlü komandalar arasında I yerə “Vətən-1″ II yerə ”BİFM″, III yerə “Binəqədi″,2002-ci iı təvəllüdlü komandalar arasında I yerə “BİFM″, II yerə “Təhsil RİM”, III yerə  “RİOEUGİM ″, 2001-ci il təvəllüdlü komandalar arasında I yerə “RİOEUGİM″, II yerə “Vətən-1″, III yerə “ROİL”, 2000-ci il təvəllüdlü komandalar arasında I yerə “BİFM”, II yerə “RİOEUGİM”, III yerə ” Atəşgah″, klub hesabında isə   I yerə “BİFM″, II yerə “RİOEUGİM″, III yerə “Vətən-1″ layiq görülmüş komandalar mükafatlandırılmışlar.

    II dəstədə isə 2003-2004-cü il təvəllüdlü komandalar arasında I yerə “Vətən-2”, II yerə “Yasamal”, III yerə “Vətən-1”, 2002-ci iı təvəllüdlü komandalar arasında  I yerə “Zəngəzur”, II yerə “Vətən-2”, III yerə “Sabunçu”, 2001-ci il təvəllüdlü komandalar arasında I yerə “Atəşgah”, II yerə “Vətən-2”, III yerə “Mehdiabad”, 2000-cı il təvəllüdlü komandalar arasında I yerə “Vətən-1”, II yerə “Vətən-2”, III yerə “Mehdiabad”, klub hesabında isə I yerə”Vətən-2″, II yerə “Vətən-1”, III yerə “Atəşgah” layiq görülmüş komandalar mükafatlandırılmışlar. Yarışda I,II,III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir