BAKI ŞƏHƏR MƏKTƏBLİLƏRİ ARASINDA STOLÜSTÜ TENNİS ÜZRƏ TURNİR KEÇİRİLMİŞDİR

   Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin idman zalında Bakı şəhər məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirilmişdir. Paytaxt məktəblərinin VI – IX sinif şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan turnirdə 9 rayon komandası tərkibində 45 nəfər (onlardan 18 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin komandası, II yeri Nizami rayonu 238 nömrəli tam orta məktəbin komandası, III yeri Xətai rayonu Heydər Əliyev adına liseyin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları – baş məsləhətçi Salman Əbdülov, aparıcı məsləhətçi Cəlil Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir