Raqif Abbasov: “Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanı hər zaman qalibiyyətlərə doğru aparacaq” AÇIQLAMA

   “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələr kimi, gənclər və idman sahəsinin də yaradılması və inkişafını təmin edən dahi şəxsiyyətdir. Gənclər və İdman Nazirliyini yaratması, Gənclərin Birinci Forumunda şəxsən iştirak etməsi, bütün təklifləri, gənclərin çıxışlarını dinləyərək böyük nitq söyləməsi, Azərbaycanda Gənclər Gününü təsis etməsi Ulu Öndərin gənclər siyasətinə nə qədər önəm verdiyinin göstəricisidir. Ümummilli Lider Heydər Əliyevin Gənclərin Birinci Forumundakı nitqi əsasında çoxlu normativ sənədlər, qanunlar hazırlandı”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

   O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin gənclər və idman sahəsinə göstərdiyi xüsusi diqqətin nəticəsidir ki, bu gün Birləşmiş Millətlər Təşkilatı dünya dövlətlərinə Azərbaycanın gənclər siyasəti modelindən yararlanmağı təklif edir, ölkəmizdə dünyanın ən mötəbər idman yarışları keçirilir: “Bu gün dünya ölkələri Azərbaycanın gənclər siyasəti modelindən istifadə edir. Azərbaycan gəncləri bütün sahələrdə uğurlar qazanır, hökumət və qeyri-hökumət strukturlarında təmsil olunurlar.

  Ulu Öndər Heydər Əliyev idmançıların dostu idi. O, müstəqillik dövrünün ilk illərində pərən-pərən olmuş, ölkədən küsüb getmiş idmançıları Vətənə qaytardı. Ümummilli Lider ölkədə idmanın maddi-texniki bazasını, olimpiya hərəkatını yaratdı, idmanı dövlət siyasəti səviyyəsinə qaldırıldı. Olimpiya Oyunlarına yola salma və qarşılanma mərasiminin təməlini məhz Ulu Öndər Heydər Əliyev qoyub. Onun uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınırır”.

  R.Abbasov bildirib ki, bütün dünya azərbaycanlıları hər zaman Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutur, Onu ehtiramla yad edir, ideyalarını davam etdirilər. Baş İdarə rəisi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanı hər zaman qalibiyyətlərə doğru aparacaq.

                                                                                                                                                                              Elgün Vidadioğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir