Qrapplinq üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.

      Pankration Grappling və MMA-nın idman zalında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  qrapplinq üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışda idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42  kq çəki dərəcəsində I yerə Teymur Kərimli (Sabirabad), II yerə Vüqar Abdullayev (Şəmkir), III yerə Elvin Qasımov (Pankration İK), Samir Dadaşov (Əlbəyaxa İK),  46 kq çəki dərəcəsində  I yerə Mahir Sadıqov (Pankration İK), II yerə Nihad Babayev (Şəmkir İK), III yerə Yusif Nağıyev (Əlbəyaxa İK), Nihad Məlikov (Şotokay İK),   54 kq çəki dərəcəsində I yerə Toğrul İbrahimov (Kempo İK), II yerə Anar Abbasov (Hadıyev İK), III yerə Aqil Yadigarlı (Spartak İK), Yusif Kərimli (Ruslan İK), 58 kq çəki dərəcəsində I yerə Kamran Qəmbərov (Ruslan İK), II yerə Famil Hüseynov (Ruslan İK), III yerə Toğrul Tağızadə (Şotokay İK), İsmayıl Süleymanov (Ruslan İK),  63 kq çəki dərəcəsində I yerə Şahin Xanıyev (Şotokay İK), II yerə İsmət Fərzəliyev (Hadıyev İK), III yerə Raul Fətallı (Ruslan İK), Əli Quliyev (Ruslan İK), 69 kq çəki dərəcəsində I yerə Hüseyn İsmayılov (Neftçi İKİB), II yerə Ülvi Qəhrəmanov (Uğur İK), III yerə Azər Hüseynov (Şotokay İK), Kamran Abdinov (Şotokay İK),  76 kq çəki dərəcəsində I yerə Əlisərdar Talıbov (Hadıyev İK), II yerə Fuad Abduləzimov (Kempo İK), III yerə Elnur Dadaşov (Uğur İK), Elvin Məmmədov (Şəmkir),  85 kq çəki dərəcəsində I yerə Kamil Ağazadə (Hadıyev İK), II yerə Murad Hüseynov (Şotokay İK), III yerə Vüsal İsmayılov (Şəmkir), Elxan Həsənli (Sabirabad), +85 kq çəki dərəcəsində I yerə Əkbər Nəbiyev (Uğur İK), II yerə Talıb İskəndərov (Sabirabad)  layiq görülmüşlər.

     Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir