Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə II Beynəlxalq Bakı turniri keçiriləcəkdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə  21-22 dekabr 2016-cı il tarixdə saat 12:00-da Azərbaycan Ağır Atletika Akademiyasında (Şüvəlan qəs.) Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə II Beynəlxalq Bakı turniri keçiriləcəkdir. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, ABŞ, İsrail, Moldova, Ukrayna, Bolqarıstan, Polşa, İran, Gürcüstan, Tacikistan, Belarusiya idmançıları da mübarizə aparacaqlar. Tirnirin açılış mərasimi 21 dekabr 2016-cı il tarixdə saat 14:30-da keçiriləcəkdir.

      Qeyd edək ki, Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər açıq turniri Azərbaycan Ağır Atletika Federasiyasının müraciətinə əsasən 2001-ci ildən keçirilir və bu turnir artıq sayca on altıncıdır, 2015-ci ildən isə Beynəlxalq turnir kimi keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir