Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir keçirilib.

      Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir keçirilib.

    Sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilib. Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

  Tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasının I vitse-prezidenti Azər Əliyev, Agır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, fəxri qonaqlar qismində  Taekvondo Federasiyasının birinci vitse-prezidenti Fizuli Musayev, Türkiyənin Adana şəhərinin Gənclər və İdman İdarəsinin rəisi Kadir Gül, “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı,  cüdo üzrə əməkdar məşqçi Fikrət Zeynalov, həmçinin tanınmış  idman xadimləri  iştirak ediblər.
Mərasimi giriş sözü ilə “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, Azərbaycan ağır atletika yığmasının baş məşqçisi Tofiq Heydərov açıb. O, hər kəsi salamlayandan sonra Milli qəhrəman, sabiq ağır atlet Fəxrəddin Şahbazovun xatirəsinin həmişə uca tutulmasının vacibliyini, belə turnirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib: “Sayca 16-cı olan ənənəvi turnir artıq ikinci dəfədir ki, əcnəbi atletlərin də iştirakı ilə keçirilib. 13 ölkənin qatıldığı bu yarış yüksək təşkilatçılıq səviyyəsində təşkil olunub. Məqsədimiz şəhidlərimizin ruhunu bir daha yad etmək, hələ də öz terrorçu, işğalçı siyasətlərini davam etdirənlərə möhkəm olduğumuzu göstərmək, mübarizəmizin davam etdiyini nümayiş etdirməkdir. İdman elə bir vasitədir ki, onunla dünyamızda sülh, əmin-amanlığı bərqərar edə bilərik. Ona görə çalışırq ki, yarışlarımız ildən-ilə bütün dünyada təbliğ olunsun. Ölkəmizdə bu istiqamətdə böyük işlər görülür. Prezidentimiz cənab İlham Əliyev bu siyasəti dəstəkləyir, böyük qayğı nümayiş edirir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan idman ölkəsinə çevrilib. Ağır atletikada da görülən artmaqda, genişlənməkdədir. Fürstəən istifadə edib, Milli Olimpiya Komitəsinin prezidenti, Aazərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinə, həmçinin ölkəmizdə idmanın inkişafına dəstək verən hər kəsə təşəkkür edirəm”.
Daha sonra söz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verilib. O, şəhidlərin ruhuna nümyiş etdirilən hörmətin belə yüksək olmasını təqdir etdiyini bildirib: “Milli qəhrəmanımız Fəxrəddin Şahbazovun xatirəsinin idman yarışları ilə yad edilməsi çox gözəl haldır. Azərbaycan idman ölkəsidir, gündən-günə inkişaf edir, zirvələri fəth edir. Biz bir ölkəyik, vahid şəkildə uğurlara doğru irəliləyirik. Cüdo, taekvondo, ağırlıqqaldırma, güləş və digər idman növlərinin nümayəndələri bu gün burda, bu zaldadırlar. Bu bizim bir ailə olduğumuzu göstərir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə idmana gösərdiyi diqqət və qayğıya görə təşəkkür edir, uğurlarımızın davamlı olmasını arzulayırıq. Hamını bir daha salamlayır, “qoy güclü qalib gəlsin” deyirəm”.
Son olaraq çıxış üçün “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı tirbunaya qalxıb: “Bu gün Azərbaycan Televiziyası, onun kollektivi üçün operator yoldaşlarının, milli qəhrəman Fəxrəddin Şahbazovun turnirinin bu cür yüksək – beynəlxalq səviyyəyə qaldırılmasını görmək çox sevindirir, qürurlandırır. Belə tədbir və yarışların təşkili Azərbaycanda ictimai-siyasi proseslərin düzgün getdiyi, yeridilən siyasətin doğru olduğuna işarədir. AzTV-nin rəhbəri Arif Alışanov adından hər kəsi salamlayır, idmançılara uğurlar arzulayır, ildən-ilə turnirin möhtəşəmliyini artırmasını arzu edirəm. davam. Milli Olimpiya Komitəsinin prezidenti, Aazərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkür edirəm”.
Sonra Azərbaycan Respublikasının dövlət himni çalınaraq yarışlar açıq elan edildi.
Sonda bir neçə xatirə plaketləri və hədiyyələri təqdim edildi. Onlardan ən yaddaqalanı Fəxrəddin Şahbazovun nəvəsi, babasının xatirəsinə adı verilmiş balaca Fəxrəddinlə bağlı oldu. Belə ki, Azərbaycan ağır atletika yığmasının baş məşqçisi Tofiq Heydərov ona ağır atletika milli komandasının forması və bu yarışın ilk qızıl medalını təqdim etdi. Mütəxəssis Fəxrəddinə babasının yolunu davam etdirməsini arzulayaraq, ömrünün sonuna qədər ağır atletika ailəsinin üzvü olacağını bildirdi.

     Körpücük üzərinə əvvəlcə 17 yaşadək qızlar çıxıblar. Bu qrupda medallar uğrunda maraqlı və gərgin mübarizə aparılıb. Türkiyəli, bolqarıstanlı və azərbaycanlı atletlərin mübarizəsində qalib adını Səbinə Əzimova qazanıb. Gümüş medala Bolqarıstan atleti Qalya Şatova, bürünc mükafata isə türkiyəli Qamze Yaylaya layiq görülüblər.

     Yarışın hazırlanmasına və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilib.

      Bakıda və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının üzvlərinə turnirdə iştirak etmək hüququ verilib. Yarışda Azərbaycan ilə yanaşı, daha 12 ölkədən – ABŞ, Ukrayna, Moldova, Belarus, Rusiya, Türkiyə, İran, Bolqarıstan, İsrail, Gürcüstan, Tacikistan, Polşadan ağırlıqqaldıranlar çıxış ediblər.

    Yarışın ikinci günündə əvvəlcə 17 yaşadək oğlanlar mübarizəyə qoşulublar. Turnirdə inamlı təsir bağışlayan idmançımız İsa Rüstəmov qızıl medala layiq görülüb. Daha bir idmançımız Hüseyn İsmayılov gümüş, moldovalı Udor Çobanu isə bürünc medallara sahib olublar.

      İyirmi yaşadək kişilərin yarışında Avropa və dünya çempionatlarının mükafatçıları mübarizə aparıblar. Sonda qızıl medala ukraynalı atlet Volodimir Hoza layiq görülüb. Gürcüstanlı atlet Georgi Çxeidze ikinci, Azərbaycan təmsilçisi Kənan Əliquliyev üçüncü yeri tutub.

      On yeddi yaşdan yuxarı qadınlar arasında mübarizədə altı ölkənin təmsilçiləri güclərini sınayıblar. Hamıdan üstün olan Gürcüstan təmsilçisi Anastasiya Qotfrid fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı Natalya Prişepa, bürünc medalı isə Azərbaycan atleti Anastasiya İbrahimli qazanıb.

       Güclü ağırlıqqaldıranların yarışı da gərgin idman mübarizəsi şəraitində keçib. Mübarizənin sonunda qızıl medalı ümumilikdə 380 kiloqram çəkini qaldıraraq 429,34 xal toplayan ukraynalı atlet Dmitro Çumak əldə edib. Gümüş medal gürcüstanlı atlet Revaz Davitadzeyə (333 kq və 402,75 xal), bürünc medal isə moldovalı Sergey Çekirə (301 kq və 402,69 xal) nəsib olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir