Yeniyetmələr arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 10 çəki dərəcəsi üzrə 165 nəfər idmançı mübarizə aparmışdır.

      Yekun nəticələrə əsasən  yarışda 48 kq çəki dərəcəsində I yerə Cavid Piriyev (Yasamal İK), 52 kq çəki dərəcəsində I yerə Kənan Babayev (Neftçi İKİB), 56 kq çəki dərəcəsində I yerə Əjdər Əsədov (11№-li UGİM), 60 kq çəki dərəcəsində I yerə Emin Haqverdiyev (Neftçi İKİB), 65 kq çəki dərəcəsində I yerə Mikayıl Agui (Neftçi İKİB), 70 kq çəki dərəcəsində I yerə Vüqar Ağcayev (16№-li UGİM), 75 kq çəki dərəcəsində I yerə Xəlil Cəlilzadə (11№-li UGİM), 81 kq çəki dərəcəsində I yerə Aslan Qasımov (Neftçi İKİB), 87  kq çəki çəki dərəcəsində I yerə Elvin Tarıverdiyev (11№-li UGİM), +87 kq çəki dərəcəsində I yerə Vüsal Orucov (9 №-li UGİM)  layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir