Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

   Respublika Şahmat Mərkəzində 2003 – 2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK, Suraxanı GE, Yasamal ME, “Neftçi” İKİB, “Elfim” ŞM və Respublika Şahmat Klubunu təmsil edən 61 nəfər idmançı təmsil etmişdir. Yarışda oğlanlar arasında I yeri Manafov Vüqar, II yeri Eynullayev Altay, III yeri Teymurov Elnur, qızlar arasında I yeri Abbasova Sədaqət, II yeri Axundova Nərgiz, III yeri Nəsibova Nigar tutmuşlar. Qaliblərlə yanaşı oğlanlar arasında IV yeri tutmuş Mürsəlli Mətin, V yeri tutmuş Mehrəliyev Emil və qızlar arasında IV yeri tutmuş Rəhimli Nuranə, V yeri tutmuş Quliyeva Nərgiz də 16 mart tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.

   Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulaçışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir