12 saylı Cəzaçəkmə Müəssisəsində dama və şahmat turnirləri keçirilmişdir

   Penitensiar xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq dama və şahmat turnirləri keçirilmişdir.
Tədbirin rəsmi açılış mərasimində 12 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini vəzifəsini müvəqqəti icra edən, ədliyyə mayoru Heydər Əliyev, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə mayoru Süleyman Salayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama və şahmat idman növləriü üzrə koordinator – kuratoru Salman Əbdülov öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulamış, onlara müvəffəqiyyətlər arzulamışlar.
Olimpiya sistemi üzrə keçirilən turnirlərdə dama üzrə I yeri Səfərov Rəşad, II yeri Məmmədov Natiq, III yeri Babayev Namiq, şahmat üzrə I yeri Davudov Rauf, II yeri Bəşirov İmanulla, III yeri Fətullayev Mircəlal tutmuşlar. Qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir