“Makkabi-Azərbaycan” “Poseydon – 2012” beynəlxalq turnirində iştirak etmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş “Makkabi-Azərbaycan” MİİB 11 nəfərdən ibarət basketbol yığma komandası Bolqarıstanda keçirilmiş basketbol üzrə “Poseydon – 2012” beynəlxalq turnirində iştirak etmişdir. Turnirdə 12 ölkənin (Azərbaycan, Bolqarıstan, Rusiya, Gürcüstan, Litva, Estoniya, Polşa, Qazaxıstan, Ukrayna, Slovakiya) 37 komandası mübarizə aparmışdır. Azərbaycanı təmsil etmiş “Makkabi-Azərbaycan” komandası (1996-1997-ci il təvəllüdlü) yeniyetmələr arasında IV yeri tutmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir