Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

     Respublika Şahmat Mərkəzində 2001 – 2002-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, RİOEUGŞM, HİRŞDK, “Elfim” ŞM və Respublika Şahmat Klubunu təmsil edən 40 nəfər idmançı təmsil etmişdir. Yarışda oğlanlar arasında I yeri İsmayılzadə İsmayıl, II yeri Axundov Teymuraz, III yeri Aslanov Fərid, qızlar arasında I yeri Əlizadə Fidan, II yeri Heybətova Nərgiz, III yeri Əlibəyova Vəfa tutmuşlar. Qaliblərlə yanaşı qızlar arasında IV yeri tutmuş Davudova Zəhra da 16 mart tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışdır.

     Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulaçışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir