Yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr  arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

    Yarışda 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Neftçi İKİB, Xəzri, DİN İC, ROİL, 6№-li UGİM, Pəhləvan İK, Azəri İK, Hövsan OİK, Gömrükçü İK, Şağan OİK,  Zenit İC, Həyat İK, MOİK, Təhsil RİM, Müşviqabad GK, Xosrov Cəfərov GK-nu təmsil edən 214 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 42 kq çəki dərəcəsində  Kənan Məmmədzadə (Müşviqabad), 46 kq çəki dərəcəsində Elmir Cəlilov (Azəri), 50 kq çəki dərəcəsində Bəhmən Piriyev  (X.Cəfərov ), 54 kq çəki dərəcəsində Məhəmməd Əhmədov (MOİK), 58 kq çəki dərəcəsində Çingiz Eyvazov (Şağan OİK), 63 kq çəki dərəcəsində Sahib Dadaşov (Təhsil RİM), 69 kq çəki dərəcəsində Nəsib İsayev (Zenit İC), 76 kq çəki dərəcəsində Xəzri Bağırlı (Neftçi İKİB), 85 kq çəki dərəcəsində Fərid İsrafilov (ROİL), 100 kq çəki dərəcəsində Ayat İsmayılov (Azəri ) I yerə layiq görülmüşlər. Komanda hesabında isə Azəri İK I yerə çıxmışdır.

    Yunan-roma güləşi üzrə Neftçi İKİB,  DİN İC, ROİL, 6№-li UGGİM, MOİK, Pəhləvan İK, Gömrükçü İSM, Spartak İC, Hövsan OIK, Pirallahı OIK, Cəngi GK,  Gənclik İK, Olimp GK, Təhsil RİM, 2№-li RİOEUGİM-i təmsil edən 224 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsində Qurban Qurbanov (ROİL), 46 kq çəki dərəcəsində Nihat Məmmədli (ROİL), 50 kq çəki dərəcəsində Elmir Əliyev (Pəhləvan İK), 54 kq çəki dərəcəsində Fərid Qafarov (6№-li UGGİM), 58 kq çəki dərəcəsində Xasay Həsənli (2№-li RİOEUGİM), 63 kq çəki dərəcəsində Allahverdi Əliyev (2№-li RİOEUGİM), 69 kq çəki dərəcəsində Murad Əliyev (Neftçi İKİB), 76 kq çəki dərəcəsində Fikrət Vəliyev (2№-li RİOEUGİM), 85 kq çəki dərəcəsində Məmmədhüseyn Ağazadə (DİN İC), 100 kq çəki dərəcəsində Fərəməz Şirəliyev (Təhsil RİM) I yerə layiq görülmüşlər. Komanda hesabında isə ROİL I yerə çıxmışdır.

     Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar növbəti  Respublika birinciliyinə vəsiqə əldə etmişlər.

      Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir