Qərb Universitetinin bir qrup tələbəsi Baş İdarədə istehsalat təcrübəsi keçəcəklər.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qərb Universiteti arasında qarşılıqlı razılaşmaya əsasən universitetin Siyasi elmlər fakültəsinin IV kurs tələbələri Baş İdarədə  iki həftəlik təcrübə proqramında iştirak edəcəklər. Təcrübənin ilk günü tələbələri Baş İdarənin rəisi Raqif Abbasov qəbul etmiş, dəyirmi masa arxasında onları maraqlandıran sualları cavablandırmışdır.

    Proqrama əsasən tələbələr Baş İdarənin sektorlarının iş rejimi ilə tanış olacaq, gənclər və idman sahəsində Dövlət Proqramlarına əsasən idarənin tədbirlər planına müvafiq olaraq görülən işlərlə yaxından tanış olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir