BAKI ŞƏHƏR MƏKTƏBLİLƏRİ ARASINDA BASKETBOL (QIZLAR) ÜZRƏ TURNİR

    Nərimanov rayonu 193 nömrəli tam orta məktəbin idman zalında Bakı şəhər məktəbliləri arasında basketbol (qızlar) üzrə turnir keçirilmişdir. Paytaxt məktəblərinin VII – IX sinif şagirdlərinin iştirakı ilə keçirilən yarışın nəticəsinə görə I yeri Nəsimi rayonunu təmsil edən Bakı Türk Anadolu Liseyinin komandası, II yeri Yasamal rayonu 158 nömrəli tam orta məktəbin komandası, III yeri Xətai rayonu 17 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları – baş məsləhətçi Salman Əbdülov, aparıcı məsləhətçi Cəlil Əlizadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir