Xocalı soyqırımının XXV ildönümünə həsr olunmuş tədbir keçirildi.

   Bu gün Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının XXV ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması,  gənclərin iştirakı ilı toplanti və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirildi.

    Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, millət vəkili Elman Nəsirov, Xocalı şəhər İcra hakimiyyətinin məsul əməkdaşı Cavid Əliyev, xocalı sakinləri və müsabiqəyə qatılan şagirdlər, tələbələr, valideyn və müəllimlər iştirak etmişlər.

   Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqrımına həsr edilmiş vidoçarx nümayiş edilib.

     Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulamışlar.

       Daha sonra inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırlıb. I yerə Səbail rayonu 236 saylı orta məktəbin  şagirdi Sübhə Əsgərova, II yerə Nəsimi rayonu 164 saylı orta məktəbin  şagirdi Cavid Vəliyev, III yerə isə Suraxanı  rayonu 140 saylı orta məktəbin  şagirdi Əli Əsgərov layiq görüldülər. Qaliblərə diplomlar və hədiyyələr təqdim edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir