Şaolin döyüş sənəti üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 111 saylı orta məktəbin idman zalında şaolin döyüş sənəti üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda  Murovdağ İK, Saolin-Sanda İK, Dəmir Yumruq İK, Çempion İK, Neftçi İKİB, Polad İK, Əsad İK, Vun Çun, Bakı İK, Orion  klub və idman cəmiyyətlərini təmsil edən 155 nəfər idmançı mübarizə aparmışdır. Yekun nəticələrə görə I yerlərə Əmirxan Məmmədrzayev, Arzuman Muradov, Məmməd Məmmədli, Rauf Həsənov, Cəfər Əliyev, İlqar Nəcəfov, Məhəmmədəli Axundov, Uğur Səfiyev, Şahmar Hüseynli, Rahib Səfiyev, Ziya Əhmədzadə,Yəhya Əliyev, Əli Əlixanov, Mirsəməd Vəliyev, Nihad Quliyev, Orxan Xəlilov  layiq görülmüşlər.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir