Sambo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur

    Hövsan Olimpiya İdman Mərkəzində  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən keçirilən   2005-2006-cı il təvəllüdlü idmançlar arasında  sambo  üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur. Birincilikdə 152 nəfər idmançı mübarizə aparmışdır.

    Yekun nəticələrə əsasən  yarışda 24 kq çəki dərəcəsində I yerə Rövşən Bayramov (Neftçi İKİB), 26 kq çəki dərəcəsində I yerə İsmayıl Əlipənahov (11№-li UGİM), 28 kq çəki dərəcəsində I yerə Murad Əhmədov (Balaxanı), 30 kq çəki dərəcəsində I yerə Həsən Əhmədov (Balaxanı), 32 kq çəki dərəcəsində I yerə Roman Uğurlayev (9 №-li UGİM), 38 kq çəki dərəcəsində I yerə Kənan Məmmədov (11№-li UGİM), 41 kq çəki dərəcəsində I yerə Adil Rəhimov (Yasamal UGİM), 45 kq çəki çəki dərəcəsində I yerə Ricat Nadirov (11№-li UGİM), 49 kq çəki dərəcəsində I yerə Fərəc Gözəlov (11№-li UGİM), 53 kq çəki dərəcəsində I yerə Teymur Şəmiyev (Yasamal UGİM), 57 kq çəki dərəcəsində I yerə   İsmayıl Kamilov(11№-li UGİM), +57 kq çəki dərəcəsində I yerə Ramal Musayev (11№-li UGİM)  layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir