12 YAŞADƏK QIZLAR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİYİ BAŞA ÇATDI

   1 mart 2017-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2005 – 2006-cı il təvəllüdlü (12 yaşadək) qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatdı. 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışın yekun nəticələrinə əsasən I yeri 5,5 xalla (artan əmsal 23,0, buhqolts əmsalı 28,0) Novruzlu Nüşabə (HİRŞDK), II yeri 5,5 xalla (artan əmsal 23,0, buhqolts əmsalı 27,5) Həmidova Sara (HİRŞDK), III yeri 5,5 xalla (artan əmsal 22,0,) Hacıyeva Altunay (HİRŞDK) tutmuşlar. Bundan əlavə IV yeri 4,5 xalla tutmuş Paşayeva Cəmilə (1 №-li İOEUGŞDİM) də respublika final mərhələsinə vəsiqə qazanmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, “Neftçi” İK İB, Nizami rayonu UGYM, HİRŞDK və Respublika Şahmat Klubunu təmsil edən 15 nəfər idmançı iştirak etmişdir.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.
1 mart tarixində eyni zamanda 2005 – 2006-cı il təvəllüdlü (12 yaşadək) oğlanlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyinin 7-ci turu keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir