FUTZAL TURNİRİ KEÇİRİLMİŞDİR

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Balaxanı İdman Sağlamlıq Mərkəzində rayon idarə və təşkilatları arasında “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş futzal turniri keçirilmişdir.
Kişilər və qadınlar arasında ayrı-ayrılıqda keçirilən turnir gərgin oyun şəraitində keçirilmişdir. Yekun nəticələrə əsasən kişilər arasında I yeri Balaxanı komandası, II yeri Zəka komandası, III yeri isə ASAN Gənclər komandası, qadınlar arasında I yeri Qarabağ komandası, II yeri Veqa-1 komandası, III yeri Veqa-2 kamandası tutmuşlar.
Turnirin bağlanış mərasimində Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov iştirakçıları salamladıqdan sonra sözü qonaqlara vermişdir. Sabunçu rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Ədalət Teymurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 4 saylı ASAN Xidmət Mərkəzinin direktor müavini Əşrəf Əliyev tədbir iştirakçılarını “5 mart – Bədən Tərbiyəsi və İdman günü” münasibətilə təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir