“Sağlam həyat tərzi və idman” devizi altında idman festivalı keçirlmişdir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17-21 avqust 2012-ci il tarixlərində Səbail rayonu ərazisində yerləşən Sahil parkında “Sağlam həyat tərzi və idman” devizi altında idman festivalı keçirlmişdir. Festivalın keçirilməsində məqsəd “İdman ili”nin geniş qeyd olunması, gənclərimizin asudə vaxtlarının səmərəli təşkil olunması, gənclərimizin pis vərdişlərdən uzaq olaraq sağlam həyat sürmələri üçün idmana maraqlarının artırılmasından ibarətdir.