“Qələbədən Qələbəyə” adlı atıcılıq turniri keçirilib

    Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin təşkil etdiyi Aprel döyüşlərinə həsr olunmuş “Qələbədən Qələbəyə” adlı atıcılıq turnirinin açılış mərasimi keçirilib.  Turnirin açılışında çıxış edən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin sədri Şahvələd Əliyev yarış iştirakçılarını salamlayaraq, YAP Gəncləri arasında təşkil olunan atıcılıq turnirinin vətənpərvərlik təbliğatı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olduğunu və belə tədbirlərin Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını, gələcəkdə də işğal altında olan rayonlarımızda da keçiriləcəyini əminliklə bildirib.

   Sonra çıxış edən  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gənclərə hərbi vətənpərvərlik duyğularının aşılanması, onlarınn döyüşə hazırlıq keyfiyyətlərinin və psixoloji dözümlülüklərinin yoxlanılması, güllə atıcılığına marağın artırılmasını vacibliyini qeyd edərək, turnir iştirakçılarına uğurlar arzuladılar.

  Daha sonra iştirakçılar təhlükəsizlik qaydaları barədə təlimatlandırılmış və atıcılıq turnirinə start verilmişdir. Keçirilən turnirdə hər biri 4 nəfərdən ibarət 13 komanda olmaqla, 3 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 8 komanda yarim finala vəsiqə qazanıb. Daha sonra 5 komanda aprel ayının 21-də təşkil olunacaq final yarışında iştirak edəcək.

   Turnirin sonunda I, II və III yerlərin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bununla yanaşı Turnir boyunca “Ən sərrast atıcı müəyyənləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir