8 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatdı

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2009 -cu il təvəllüdlü və ondan kiçik yaşlı (8 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK, “Elfim” ŞM, Nizami UGYM, “Ağ At” ŞK, “Ağ Top” ŞK, Vüqar Həşimov Şahmat Akademiyası və Respublika Şahmat Klubunu təmsil edən 66 nəfər idmançı (onlardan 32 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 7,5 xalla Azadəliyev Cahandar (HİRŞDK), II yeri 7,0 xalla (əmsal 39,0) Süleymanlı İsmayıl (RİOEUGŞM), III yeri 7,0 xalla (əmsal 34,0) Məmmədov Ziya (RİOEUGŞM), qızlar arasında I yeri 8,0 xalla Abbasova Zərifə (HİRŞDK), II yeri 7,0 xalla (əmsal 40,0) İsmayılova Xanım (RİOEUGŞM), III yeri 7,0 xalla (əmsal 37,0) Abaszadə Suada (2 №-li İOEUGŞİM) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6,5 xalla tutmuş Rəsul Kənan (“Elfim” ŞM), V yeri 6,0 xalla (əmsal 35,0) tutmuş Mehtizadə Murad (1 №-li İOEUGŞDİM), VI yeri 6,0 xalla (əmsal 32,0) tutmuş Şəkərəliyev Elçin (RİOEUGŞM), həmçinin qızlar arasında IV yeri 7,0 xalla (əmsal 29,0) tutmuş Məsimli Nigar (1 №-li İOEUGŞDİM), V yeri 6,0 xalla (əmsal 34,0) tutmuş Əliyeva Ayşə (“Ağ Top” ŞK) və VI yeri 6,0 xalla (əmsal 29,0) tutmuş Hüseynova Lalə (2 №-li İOEUGŞİM) də bu ilin 25 may tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Eyni zamanda oğlanlar arasında keçirilən yarışda Qurbanlı Cavid (RİOEUGŞM) 5,0 xal toplayaraq III (üçüncü) dərəcə normasını, qızlar arasında keçirilən yarışda İsmayılova Xanım (RİOEUGŞM) 7,0 xal toplayaraq II (ikinci) dərəcə normasını, Hüseynova Lalə (2 №-li İOEUGŞİM) 6,0 xal və İmanlı Fatimə (1 №-li İOEUGŞDİM) 5,5 xal toplayaraq III (üçüncü) dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonda Süleymanlı İsmayıla I (birinci) dərəcə kitabçası təqdim edilmişdir.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir