Badminton üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı şəhəri 12 saylı orta ümumtəhsil məktəbinin idman zalında  2003-2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında badminton üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. İdmançılar şəxsi, qoşa və qarışıq yarışlarda öz qüvvələrini sınamışlar. Yarışın qalibləri Baş İdarə tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. Nəticələrə görə qızlar arasında I yerə Nigar Əliyeva (2№ RİUGİM), II yerə Ləman Lalayeva (2№ RİUGİM), III yerə Nərmin Şərifova (2№ RİUGİM) , oğlanlar arasında isə I yerə Aqil Qəbilov (2№ RİUGİM), II yerə Rəvan Niftəliyev (2№ RİUGİM), III yerə Zaur İsazadə (2№ RİUGİM) layiq görülmüşlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir