Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bagırovun xatirəsinə həsr olunmuş reqbi üzrə açıq Bakı turniri keçirilmişdir.

    AzDBTİA-nın stadionunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Qarabağ Reqbi Klubunun birgə təşkilatçılığı ilə  Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bagırovun xatirəsinə həsr olunmuş reqbi üzrə açıq Bakı turniri keçirilmişdir. Yarışda Qarabağ, Pələng, Tissa  komandaları ilə yanaşı  Gürcüstanın Tsikara, Avçala, Vetxivebi, Rusiyanın Drakonı (Penza), Medvedi (Esentuki) komandaları  mübarizə aparmişlar. Qeyd edək ki, Allahverdi Bağırov Qarabağ müharibəsi başlamazdan əvvəl Qarabağ FK-da 5 nömrəli forma altında çıxış etmişdir. Turnirin açılış mərasimində qəhrəmanın oğlu Elşən İsmayılov çıxış etmiş, turnirin təşkilatçıalrına öz minnətdarlığını bildirmişdir. Ona Allahverdi Bağırov yazılı Qarabağ RK-nın 5 nömrəli forması  təqdim olunmuşdur.

      Yekun nəticələrə əsasən I yerı Rusiyanın “Penza” komandası, II yeri  Gürcüstanın “Tsikara” komandası, III yerı isə Azərbaycanın “Qarabağ” RK-nun komandası tutmuşdur. Qaliblərə Baş İdarə tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir