“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir

    Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Şahinlər” hərbi-idman və turizm oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir. Tədbirdə Cəmşid Naxçıvanski adına hərbi liseyin komandir əvəzi polkovnik Elman Namazov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Baş İdarəsinin rəisi Şaiq Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Elnur Qasımov, iştirakçı komandaların üzvləri və digərləri iştirak ediblər.

    Mərasimdə çıxış edən Cəmşid Naxçıvanski adına hərbi liseyin komandir əvəzi polkovnik E.Namazov gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini qeyd edib. O, Azərbaycan gənclərinin hər zaman torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını vurğulayıb. Polkovnik ötən ilin aprel döyüşlərində ordumuzun torpaqlarımızı düşməndən azad etmək uğrunda göstərdikləri qəhrəmanlıqlardan danışıb. E.Namazov yarış iştirakçılarına uğurlar arzulayıb.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov “Şahinlər” hərbi-idman və turizm oyununun keçirilməsində məqsədin böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu vurğulayıb. O, bu gün Azərbaycanda güclü, intelektual və hər an düşməni məhv edəcək cəsur gənclik yetişdiyini diqqətə çatdırıb. Baş İdarə rəisi gənclərimizdə Vətən sevgisinin yüksək olduğunu, onların topraqlarımızın işğaldan azad edilməsi üçün döyüşə hazır olduqlarını qeyd edib. R.Abbasov ötən ilin aprel döyüşlərində Azərbaycan hərbçilərinin düşmənlə döyüşlərdə göstərdikləri rəşadət və tarixi qələbəmizin buna sübut olduğunu vurğulayıb.

  Daha sonra çxış edənlər də “Şahinlər” hərbi-idman və turizm oyununun keçirilməsinin əhəmiyyətindən danışıb, gənclərimizin hərbi hazırlığının vacibliyini qeyd ediblər.

   Çıxışlar başa çatandan sonra yarışların hakimi baş hakimə məruzə edib və komandalar öz bacarıqlarını nümayiş etdiriblər. İlk mərhələdə komandalar təntənəli marşla sıra adımı ilə hərəkət ediblər.

   Qeyd edək ki, yarışda Bakı şəhərinin 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak ediblər. Nəticələrə görə I yerə Xətai rayonn komandası, II yerə Nİzami rayon komandası, III yerə Yasamal rayon komandası çıxmışdır.

Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir