İslam Oyunlarına həsr edilmiş rəsm sərgisi keçirilib

   Yasamal Parkında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Abşeron Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gənc rəssamların iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək dövlətlərə məxsus bayraqların rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur.

   Tədbirdə gənc rəssamlar iştirakçı dövlətlərin bayraqlarını əks etdirən şəkilləri püşk vasitəsilə seçərək çəkmişlər. IV İslam Həmrəyliyi Oyunlarına dəstək xarakteri daşıyan bu tədbirdə çəkilmiş bayraqlar İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən həmin dövlətlərin nümayəndə  heyətinə  xatirə hədiyyəsi kimi təqdim olunacaqdır.

   Yasamal Parkında təşkil edilən tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışlarında İslam Həmrəyliyi oyunlarının  Azərbaycanda keçirilməsini islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirilməsini, İslam Oyunlarının ilk növbədə İslam həmrəyliyinin gücləndirilməsində müstəsna rolunu vurğulamışlar.

Sonda sərgidə iştirak etmiş gənc rəssamlara Baş İdarə tərəfindən sertifikatlar təqdim olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir