Alpaqut Turan döyüş sənəti üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

   Baş İdarə tərəfindən Şağan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə Bakı şəhər açıq turniri keçirilmişdir. Turnirdə Laçın, Sabunçu, Zərdab, Ağdam, Kürdəmir, Şəmkir, Ağcabədi, DİN İC, Mingəçevir, Ucar, Nərimanov, Gəncə, Qaradağ, Suraxanı, Dərələyəz, Qəbələ, Şəki, Oğuz, Abşeron, Yevlax və Neftçalanı təmsil edən klub və cəmiyyətlər iştirak etmişlər. Nəticələrə görə, I yerə Hacarək İsayev, Cəlal Mirzəpur, Emil Hüseynov, Fəqan Rzayev, Vüqar Rəfiyev, İslam Soltanov, İlkin Məmmədov, Tunar Kərimov, Rəvan Abdullayev, Amin Mirzəyev, Əli Hüseynov, Hüseyn Əhmədov, Oruc Abdullayev, Yasər Əhədli layiq görülmüşlər.

    I, II və III yeri tutmuş idmançıalr Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom medal və kubokla təltif olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir