Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə voleybol üzrə Nərimanov rayon turniri keçirilib.

   Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol zalında Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Akademiyanın Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında voleybol (oğlanlar) üzrə Nərimanov rayon turnirin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
Mükafatlnadırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə, Akademiyanın müəllim heyəti, tələbə-gənclər təşkilatının sədri İlkin Həsənov, fəal üzvləri və qalib komandalar iştirak etmişlər.
Turnirin final oyununda gərgin mübarizə nəticəsində I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, II yeri Azərbaycan Dövlət İqtisad Universitetinin, III yeri isə Azərbaycan Dillər Universitetinin komandaları tutmuşlar.
Qeyd edək ki, turnir 02-05 may tarixlərində keçirilib və turnirdə 6 ali və orta ixtisas təhsil müəssisələrinin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Bakı Biznes və Kooperasiya Kollecin və Bakı Humanitar Kollecin) komandaları iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir