Şən və Hazırcavablar Klubunun Nərimanov Rayon Turniri keçirilib.

    Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında Şən və Hazırcavablar Klubunun Nərimanov Rayon Turniri keçirilib.
Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsini məsul əməkdaşı Samir Kazımov, orta ümumtəhsil müəssisələrinin müəllim heyəti və şagirdləri iştirak etmişlər.
Turnirin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək tədbir iştirakçılarını salamladı və komandalara uğurlar arzuladı.
Qeyd edək ki, turnirin final oyununda 6 orta ümumtəhsil müəssisələrinin (258 saylı tam orta məktəbin, Tərəqqi liseyin, 57 saylı tam orta məktəbin, 291 saylı ekologiya liseyin, Respublika Humanitar Fənlər Gimnaziyanın və İstək liseyin) komandaları mübarizə aparmışdır.
Final oyununda gərgin mübarizə nəticəsində I yeri İstək liseyin, II yeri Tərəqqi liseyin, III yeri isə 57 saylı tam orta məktəbin komandaları tutmuşlar.
Qalib gəlmiş komandalar təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və kuboklar ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir