125sm3 və 250sm3 həcmli motosikletlərdə motokross üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ümid Avtomobil Klubunun meydançasında gənclər arasında  125sm3  250sm həcmli motosikletlərdə motokross üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışın yekun nəticələrinə əsasən 125sm həcmli motosikletlərdə   I yerə Oleq Quliyev , II yerə Valeriy Turin, III yerə Namiq Mustafayev, 250sm həcmli motosikletlərdə isə I yerə Vaqif Əhmədov, II yerə Sabir Babayev, III yerə isə Dmitriy Turin layiq görülmüşlər. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir