1 saylı Cəzaçəkmə Müəssisəsində voleybol turniri keçirilmişdir

     Penitensiar xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq voleybol turniri keçirilmişdir. Azərbaycan Voleybol Federasiyasının hakimi Samir Nəbiyev yarış iştirakçılarına qaydaları xatırladıqdan sonra oyuna start verilmişdir. Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 1 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik – leytenantı Elşad Quliyev və Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə kapitanı Elxan Səfərli öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulamış, iştirakçıları təbrik etmişlər. Qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuş, Cəzaçəkmə Müəssisəsinə toplar və tor verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir