İdman gimnastikası və akrobatika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

     Azərbaycan Gimnastika Federasiyası və Bakı şəhər Gənclər  və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasında idman gimnastikası və akrobatika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Nəticələrə görə idman gimnastikası üzrə  balacalar arasında I yerə Dəniz Əliyeva (Ocaq İK), Şamxal Əhmədov (ROİL), yeniyetmələr arasında I yerə Ramin Dəmirov (İOEUG), Nazənin Teymurova (Ocaq İK), gənclər arasında  I yerə Sərvər Əliyev (ROİL), Valeriya Şulyayeva (İOEUG), uşaqlar arasında I yerə Anar Həsənov (İOEUG), Kristina Osekina (İOEEUG) layiq görülmüşlər.

   Akrobatika gimnastikası üzrə I yerə qadın qrupu – balacalar arasında Aytac Ramazanova, Şəms Əmənova, kişi cütlüyü-böyüklər arasında I yerə Murad Əkbərov, Seymur Cəfərov, qadın qrupu- uşaqlar arasında I yerə Aylan Babaşova, Aida Babaşova, Nərmin Mirzəyeva qarışıq cütlük- balacalar arasında I yerə Rauf Cabbarov, Leyla Mustafayeva  layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir