Atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir

  Bakı Cıdır Meydanında atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışlar baş hakim İradə Heydərovanın rəhbərliyi ilə keçirilmişdir. 15 nəfər idmançının iştirakı ilə maneələri dəfetmə üzrə keçirilən yarışda I yeri “San Sebastian” ləqəbli atla Salayev Həzrət, II yeri “Bəyazit” ləqəbli atla Əhmədov Kənan, III yeri “Samur” ləqəbli atla İbrahimov Ramil tutmuşdur. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın atçılıq idmanı üzrə koordinator – kuratoru Salman Əbdülov, atçılıq idmanı məktəbinin direktoru Kərim Zamanov yarışda qalib gəlmiş idmançıları təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir