26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş şaolin döyüş sənəti üzrə Bakı şəhər turniri keçirilmişdir

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 111 saylı orta məktəbin idman zalında 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş şaolin döyüş sənəti üzrə Bakı şəhər turniri keçirilmişdir. Turnirdə  Murovdağ İK, Şaolin-Sanda İK, Dəmir Yumruq İK, Çempion İK, Xırdalan İK, Tornado İK, Citkundo İK,  Bakı   klub və idman cəmiyyətlərini təmsil edən 115 nəfər idmançı mübarizə aparmışdır. Yekun nəticələrə görə I yerlərə Abbas Paşayev (Şaolin-Sanda İK), Həbib Babayev (Şaolin-Sanda İK), Fazil Süleymanlı (Bakı İK), Ömər Abdullazadə (Çempion İK), Cəfər Əliyev (Şaolin-Sanda İK), Rafiq Mirzəyev (Şaolin-Sanda İK), Nicat Həşimov (Bakı İK), Əli Əliyev (Çempion İK), Beyrək Bəkirzadə (Çempion İK), Fərid Əliyev (Şaolin-Sanda İK),Yəhya Əliyev (Dəmir Yumruq İK), Nihad İbrahimov (Dəmir Yumruq İK), Məhəmməd Osmanov (Şaolin-Sanda İK), Asiman Poladov (Şaolin-Sanda İK), Rəhim Məmmədov (Dəmir Yumruq İK)  layiq görülmüşlər.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir