İdarə rəisi: “Azərbaycan gəncləri Minsk qrupundan kəskin mövqe tələb edir” 

   “Dünən biz bir daha erməni vəhşiliyinin şahidi olduq. Azərbaycanın mülki vətəndaşlarının gülləbaran edilməsi, kəndin dağıdılması və ən əsası da hadisə nəticəsində 2 yaşlı körpənin həlak olması qətiyyən pislənilir. Bu, Ermənistan hakimiyyətinin, işğalçı rejimin növbəti vəhşi əməlidir. Biz çoxsaylı Azərbaycan gənci adından ATƏT-in Minsk qrupundan bununla bağlı kəskin mövqe ortaya qoyması, boş bəyanatlar deyil, əməli işlər görməsini tələb edirik”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

  Beynəlxalq uşaq təşkilatlarına, institutlara çağırış edən İdarə rəisi bildirib ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslar məsələ ilə bağlı mövqelərini ortaya qoymalıdırlar: “Azərbaycanın haqq işinə, ərazi bütövlüyünü dəstəkləyən dövlətlər məsələ ilə bağlı mövqelərini bildirməlidirlər. Ölkə başçısının ətrafında birləşən Azərbaycan gəncliyi Ali Baş Komandanın əmrini gözləyir. Biz torpaqlarımızı qaytaracağıq və erməni bilsin ki, növbəti vəhşilik, 2 yaşlı körpənin qanı yerdə qalmayacaq”.

   “Artıq beynəlxalq institutlar tərəfindən Ermənistanla bağlı kəskin mövqe ortaya qoymağın zamanıdır. Əks halda, Azərbaycan ordusu, vətəndaşı, gəncliyi silahla öz sözünü deyəcək”- deyə, R. Abbasov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir