Çimərlik voleybolu üzrə Bakı şəhər kuboku keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Pirşağı çimərliyində qızlar və oğlanlar arasında çimərlik voleybolu üzrə Bakı şəhər kuboku keçirilmişdir.  Yarışın nəticələrinə görə qızlar arasında I yerə “Xətai” komandası, II yerə “Nəqliyyatçı” komandası, III yerə isə “Xətai-2” komandası, oğlanlar arasında I yerə “Lokomotiv-1” komandası, II yerə “Lokomotiv-2” komandası, III yerə isə “Xətai” komandası layiq görülmüşlər. Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, xatirə hədiyyələri və kubokla  təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir