Binəqədi rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

  “Vətən” RİOEUGFM-nin meydançasında 2006 – 2007-ci il təvəllüdlü uşaqlar arasında Binəqədi rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Turnirin rəsmi açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Binəqədi rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov və digər rəsmi şəxslər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini – futbol turnirinin böyük rol oynadığını bildirmiş, komandalara müvəffəqiyyətlər arzulamışlar. 8 gün ərzində gərgin oyun şəraitində keçən yarışlarda I yeri Binəqədi komandası, II yeri Azadlıq komandası, III yeri Biləcəri komandası tutmuşlar.

   Turnirin rəsmi bağlanış mərasimində Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və digər rəsmi şəxslər qalib komandaları təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

     Sonda qaliblərə müvafiq dərəcəli diplomlar, medullar və kuboklar təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir