Milli Qəhrəman C.Niftəliyevin xatirəsinə həsr olunmuş məhəllələrarası mini-futbol turniri keçirilmişdir.

   Lökbatan qəsəbəsində yerləşən Təlim – İdman Bazasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı C.Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Yarışda I yeri Sahil komandası, II yeri Qobustan komandası, III yeri Ələt komandası tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişdir. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir