Sərbəst güləşçilər İran İR-da 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb

    İran İslam respublikasının Xoy şəhərində sərbəst güləş  üzrə beynəlxalq turnir keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş 6 idmançımız komandalar arasında yüksək nəticələr göstərmişlər. Azərbaycanı təmsil edən idmançılarımız arasında ən yüksək nəticəni 50 kq çəki dərəcəsində Ramin Əzimov, 58 kq çəki dərəcəsində Bəhman Piriyev tutaraq qızıl medala, 46 kq çəki dərəcəsində Gündüz İbrahimov, 69 kq çəki dərəcəsində Orxan Rəhimli, 85 kq çəki dərəcəsində Taleh Nəsirov gümüş medala, 96 kq çəki dərəcəsində Üzeyir Yusifov  bürünc medala layiq görülmüşlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir