Qrappling üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.

    Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və Baş idarəsi və Azərbaycan Pankration , Grappling və MMA Federasiyasının birgə təşkilatçılığı ilə qrappling üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışda paytaxt idmançıları ilə yanaşı Şəmkir, Gəncə, Şəki, Qazax, Şirvan, Sabirabad, İmişli, Sumqayıt, Salyan,  Qusar rayonundan olan idmançılar da mübarizə aparmışdır. Bu yarış oktyabr ayında Bakıda keçiriləcək dünya çempionatı öncəsi idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək üçün təşkil olunmuşdur.

     Yarışın qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir