Binəqədi rayonunda sakinlər arasında nərd, şahmat və dama üzrə rayon birincilikləri keçirilmişdir.

           Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin qarşısında yerləşən istirahət parkında rayon sakinləri arasında nərd, şahmat və dama üzrə rayon birinciliyi keçirilmişdir.

          Yarışın nəticələrinə görə nərd idman növü üzrə Quliyev Vəli İnşallah oğlu I, Həsənov Kərəm İsmayıl oğlu II, Əhmədov Bayram İsmayıl oğlu III yerə, şahmat idman növü üzrə Zeynallı Rəşad Həmzə oğlu I, Əhmədov Xəyal Rəşid oğlu II, Abbasov Asif Musa oğlu III yerə, dama idman növü üzrə Hacıyev Nurlan Ələddin oğlu I, Sevxanov Mehrac Göyüş oğlu II, Baxşıyev Oqtay Mustafa oğlu III yerə layiq görülmüşlər.

   Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir