Raqif Abbasov: “Forum Azərbaycan üçün çox önəmlidir” AÇIQLAMA

   “Qazaxıstanın Aktau şəhərində keçirilən “Beynəlxalq Xəzəryanı Gənclər Forumu”nda Azərbaycan nümayəndə heyətinin geniş tərkibdə iştirakı əlamətdar hadisədir”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

     O qeyd edib ki, “Beynəlxalq Xəzəryanı Gənclər Forumu” məhz Qazaxıstan və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə gerçəkləşir.

      Baş İdarə rəisinin sözlərinə görə, forum Azərbaycanın nümunəvi gənclər siyasətinin dünyada təbliğ edilməsi baxımından önəmlidir: “Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər və idman nazirinin müavini İntiqam Babayevin başçılığı ilə parlament, QHT və müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Onlar ölkəmizdə aparılan dövlət gənclər siyasəti haqqında geniş məlumat veriblər. Təmsilçilərimiz normativ hüquqi aktlar, gənclər siyasətində görülmüş işlər, əldə olunan nailiyyətlər, ölkəmizin ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlər, günün tələbinə cavab verən gənclər siyasəti modeli haqda ətraflı danışıblar. Bu forumda Azərbaycanın gənclər siyasətinin modeli öyrənilir və beynəlxalq müstəvidə təbliğ olunur. Bu da ölkəmizin gənclər siyasətinin beynəlxalq səviyyəyə inteqrasiyası üçün vacibdir. Ona görə “Beynəlxalq Xəzəryanı Gənclər Forumu” Azərbaycan üçün önəmlidir”.

                                                                                                                                                      Müəllif: Elgün Vidadioğl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir