Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda Məhsul İC, BTİ, Təhsil RİM, Ümid İK-nın idmançıalrı mübarizə aparmışdir. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Nika Məmmədova (BTİ), 2 km məsafədə I yerə Natavan Etibarova (Təhsil RİM), 4 km məsafədə I yerə  Brilyant Bayramova  (Məhsul İC), 6 km məsafədə I yerə Nailə Novruzova (Təhsil RİM), kişilər arasında 2 km məsafədə I yerə Nadir Əliyev (BTİ), 3 km məsafədə I yerə İlham Abışov (BTİ), 6 km məsafədə I yerə Nail Rzayev (Məhsul İC), 10 km məsafədə I yerə Zaman Pirverdiyev (Təhsil RİM),  layıq görülmüşlər.

    I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir