Yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr  arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

    Yarışda 2001- 2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Neftçi İKİB, DİN İC, ROİL, Zenit İC, 1 saylı RİOEUGİM, 6 № li UGGİM, OLİMP GK, Sərhədçi İK, Gömrükçü İSM, Lokomotiv İSM, FHN, Pəhləvan İK, Marafon İK, Fayt İK-nı təmsil edən 224 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 42 kq çəki dərəcəsində Ramin Heybətov (Zenit İC), 46 kq çəki dərəcəsində Ruslan Şıxıyev (Zenit İC), 50 kq çəki dərəcəsində Məhəmmədəli Quliyev  (Təhsil RİM), 54 kq çəki dərəcəsində Azər Əhmədov (Zenit İC), 58 kq çəki dərəcəsində Bəhmən Piriyev (Neftçi İKİB), 63 kq çəki dərəcəsində Əşrəf Aşımov (ROİL), 69 kq çəki dərəcəsində Vahid Əlizadə (Neftçi İKİB), 76 kq çəki dərəcəsində Cəfər Hacızadə (6 № li UGGİM), 85 kq çəki dərəcəsində Fuad Mayılov (Azəri İK), 100 kq çəki dərəcəsində Fərid Məmmədov (6 № li UGGİM) I yerə layiq görülmüşlər.

    Yunan-roma güləşi üzrə Neftçi İKİB,  DİN İC, ROİL, 6№-li UGİM, MOİK, Pəhləvan İK, Lokomotiv İK, Gömrükçü İSM, Bakı GK, Spartak İC, Məhsul İC, Hövsan OIK, Pirallahı OIK, Cəngi GK,  Gənclik İK, Olimp GK, 2№-li RİOEUGİM-i təmsil edən 245 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsində Ariz Hüseynov (Cəngi GK), 46 kq çəki dərəcəsində Qurban Qurbanov (ROİL), 50 kq çəki dərəcəsində Həsrət Cəfərov  (ROİL), 54 kq çəki dərəcəsində Murad Abbasov (Spartak İC), 58 kq çəki dərəcəsində Rəvan Fərhadov (Gənclik İK), 63 kq çəki dərəcəsindəXasay Həsənli (Nerftçi İKİB), 69 kq çəki dərəcəsində Rəvan Kərimov  (Neftçi İKİB), 76 kq çəki dərəcəsində Qabil Əhmədov (Neftçi İKİB), 85 kq çəki dərəcəsində Əliheydər Əliyev (Gömrükçü), 100 kq çəki dərəcəsində Əli Fərmanov (Təhsil RİM) I yerə layiq görülmüşlər.

    Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə etmişlər.

   Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir