Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

    Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2006-2007-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Məktəb – Lisey Kompleksinin mini-futbol meydançasında keçirilmişdir. Yarışlarda 23 komanda tərkibində 230 nəfər iştirak etmişdir. Yarışmada I yeri Azəri komandası, II yeri Gənclik komandası, III yeri Məşəl komandası tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Salman Əbdülov çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişdir. Nəcəf Novruzov çıxış edərək iştirakçı komandalara təşəkkürünü bildirmiş, qalib komandalara müvəffəqiyyətlər arzulamışdır.
Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir