Gənclər arasında sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində  gənclər arasında sambo  üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 107 nəfər idmançı mübarizə aparmışdır.

      Yekun nəticələrə əsasən  yarışda 48 kq çəki dərəcəsində I yerə Nicat Məmmədov (Yasamal Sambo İK), 52 kq çəki dərəcəsində I yerə Nicat Xankişiyev (Yasamal Sambo İK), 62 kq çəki dərəcəsində I yerə Ziya Əliyev (Sumqayıt Bərgüşad İK), 68 kq çəki dərəcəsində I yerə Şirzad Sayadzadə (Sumqayıt Bərgüşad İK), 74 kq çəki dərəcəsində I yerə Hikmət Əkbərov (6№-li UGİM), 82 kq çəki çəki dərəcəsində I yerə Əli Nəzərli (Neftçi İKİB), 90 kq çəki dərəcəsində I yerə Hüseynəli İskəndərov (Neftçi İKİB), 100 kq çəki dərəcəsində I yerə Elvin Abbasov (Yasamal Sambo İK), +100 kq çəki dərəcəsində I yerə Bayram Əhmədov (Pəhləvan İK) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir